Modern.az

Komitə sədri geniş tədbir təşkil etdi

Komitə sədri geniş tədbir təşkil etdi

Təhsil

13 Aprel 2016, 17:19

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə "Ailə institutunun formalaşmasında adət-ənənələrimiz" mövzusunda geniş tədbir keçirilib.

Modern.az-ın xəbərinə görə, tədbir komitə sədri Aqiyə Naxçıvanlının təklifi ilə bu günlərdə şəhid olmuş vətən övladlarının ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Aqiyə Naxçıvanlı bildirib ki, bu günkü tədbir ölkədə həyata keçirilən ailə, qadın və uşaq siyasətinin tərkib hissəsidir:

“Bu gün sizinlə birlikdə bu sahədə olan problemlərə elmi və kreativ yanaşmaq üçün bir yerdəyik.

Cənab prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin əsas istiqamətlərindən biri də hər zaman gender bərabərliyi, sağlam ailə, qadın hüquqları olub.

Respublikamızda qadın hərəkatının geniş vüsət almasında, sistemli və ardıcıl həyata keçirilməsi Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın əvəzsiz rolu var. Heydər Əliyev fondu gender problemlərinə, ənənəvi ailə problemlərinin aradan qaldırılmasına xüsusi diqqət yetirir”.

Deputat  diqqətə çatdırıb ki, tədbirin keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlər və adət-ənənələr üzərində qurulmuş ailə modelinin perspektivlərini müzakirə etməkdir.

O deyib ki, Azərbaycanda ailənin inkişafı, cəmiyyətdə onun yerinin möhkəmləndirilməsi məqsədi ilə həyata keçirilən ardıcıl tədbirlər ailənin müdafiəsini və ailəyə dövlət qayğısını təmin edir:

“Azərbaycanda böyüyə, ağsaqqala, qadına hörmət ən vacib mental davranışlarımızdandır. Nəslin ağsaqqalının sözü, valideynlərin məsləhəti hər zaman bizim üçün ən ümdə yerdə durub.

Ailənin sağlam formalaşması, cəmiyyətə normal adaptasiyası üçün psixoloji, sosioloji və dini təzyiqlər, kənar müdaxilələrin olması müəyyən maneələrə səbəb olur. Bunlar isə öz növbəsində bir sıra ciddi problemlərə gətirib çıxarır”.

Tədbirdə bir sıra dövlət qurumlarının rəhbərləri, deputatlar, rayon icra başçılarının müavinləri və QHT nümayəndələri iştirak edib. Ailə, qadın, uşaq məsələləri, mövcud problemlər haqqında geniş müzakirələr aparılıb.  

Ağa AKİFOĞLU    

 
Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı