Modern.az

Erməni komandirin canına vəlvələ salan ƏSGƏR - (III HİSSƏ)

Erməni komandirin canına vəlvələ salan ƏSGƏR - (III HİSSƏ)

Qarabağ

13 Aprel 2016, 17:28

Cəlaləddin Qasımov


Mübariz
İbrahimovun yolu...

 

Erməni qocalara bayaqdan qulaq asan və əsəbiləşən zabit dözə bilməyib, ayağa qalxaraq qışqırdı:

“Darıxmısız türklər üçün? Onların ayaqqabılarını yalamaqdan doymamısınız, qoca köpəklər? Biz bu müharibəni, torpaqları güclə yox, ağılla almışıq. Siz Azərbaycanın neftini, qazını sadalayırsıniz, qalanını bilmirsiniz. Bizim belə bir güclü ölkəyə məğlub olmamağımızın səbəbi hiylədir. Bilirsinizmi? Yox, bilmirsiniz! Siz qorxmursunuz?”.

O, hirslə yerə tüpürdü, qocalara əsəbiləşərək bağırdı:

– Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi hər şeyi alt–üst etdi. Eybi yox, biz gözləyəcəyik! Biz güclə yox, hiyləylə Bakını da alacağıq!

Bu vaxt erməni zabitin sürücüsü kafeyə girərək:

– İki litr benzin tapdım. Biz bununla hərbi düşərgəyə gedə bilərik, – dedi.

Birinci qoca gülümsədi:

– Sən öz hərbi düşərgənə getməyə benzin tapa bilmirsən, bəs Bakıya hansı benzinlə gedəcəksən?

İkinci qoca dilləndi:

– Nə hiylə–hiylə salmısan, hansı hiylədən danışırsan? Biz bu torpaqları azərbaycanlılardan zorla alsaq da, müharibəni çoxdan uduzmuşuq.

Üçüncü qoca əlavə etdi:

– Bunlar Bakıya deyəcəklər ki, bizə benzin verin, gəlirik Bakını almağa. Azərbaycanlılar da bunlara benzin verəcək, bunlar da Bakını alacaq?! Yazıqlar hələ də xam xəyallarla yaşayırlar!

Dördüncü qoca əsəbi halda dedi:

– Hələ benzin bir yana qalsın, deyin görüm kim döyüşəcək azərbaycanlılarla? Ermənistanda əhali qalıb ki?! Xidmətə çağırmağa heç 30 faiz də əsgər yığa bilmirlər.

Beşinci qoca:

– Nədən qorxacağıq, onsuz da bir ayağımız gordadır.

Erməni zabiti özünü saxlaya bilməyib hikkəsindən qışqırdı:

– Siz məni ələ salmısınız, ya özünüzü? İndi mən sizə göstərərəm hansı hiylədən danışıram. Bəzinizi meyit, bəzinizi də qəhrəman edim, siz də görün! Yaxşı dediniz, onsuz da bir ayağınız gordadır.

O, əlini atıb silahını çıxartdı və qocalardan birini güllələdi.

Qocalardan biri təşviş içində:

– Ara, yaxşı eləyib bunu öldürdün, bizi aldadan da buydu…

İkinci qoca isə:

– Ara, elə türkün şpionu bu idi da. Lap yaxşı eləyib vurdun.

Erməni zabit uzunu sürücüyə tutub, əlinin kəskin hərəkətilə havanı yarıb bağırdı:

– Bunların hamısını maşına mindir!


Erməni qoca Mübarizlə söhbətinə davam etdi:

Bizi maşına mindirib Mardakertə – sərhəd bölgəsinə gətirdilər, hərəmizə bir bel verib yer əkdirdilər. Qorxumuzdan səsimizi çıxarmırdıq, deyə bilmirdik burda nə axtarırsınız, burda heç su da yoxdu, torpaq, daşlıq olan bir yerdir.

Erməni komandir:

– Mən indi sizə başa salacam erməni hiyləsi nədir. İndi bura hər yerdən müxbirlər gələcək. Qırmızı Xaç Komitəsindən də gələnlər olacaq. Sən (o əlini mənə uzatdı) deyəcəksən ki, biz

əkinlə məşğul olurduq, azərbaycanlı snayperlər bax bu qocanı öldürdülər.

O belə deyib kafedə öldürdüyü qocanın meyitini əkin sahəsinə uzatmağı əmr elədi. Biz torpağı qazdığımız beli də qocanın yanında yerə qoyduq.

Erməni zabiti söylədi:

– Bax, sən də deyəcəksən ki, azərbaycanlı snayperlər erməniləri əkin əkməyə qoymur. Zülmət içində yaşayan, torpağa ehtiyacı olan ermənilərə azərbaycanlılar imkan vermir ki, əkinlə məşğul olsunlar. Ermənilərin nefti, qazı yoxdu. Dolanışıq üçün təkcə torpaq var.

Erməni zabit bunları qocalardan birinə deyib, üzünü başqa qocaya tutdu:

– Sən də deyəcəksən ki, biz acından ölürük. Xaricdən bizə kömək gəlmir, biz zülüm içərisində yaşayırıq, bayaq necə demisdin, “arvadım acından öldü”, onu da deyərsən.

“Erməniləri acından öldürmək üçün əkinlə məşğul olmağa imkan vermirlər. Onları vururlar ki, sadə camaat ac qalsın, qırılsın” – deyə ermənilər hay-küy salaraq bunu mətbuata ötürdülər. Xaricdən gələn mətbuat işçilərini qara qışqırıqla məlumatlandırıb, dünyaya car çəkdilər.

Nə deyim, əsgər, bizi bütün xarici kanallar çəkdi.

Şəkillərimiz qəzetlərdə yayımlandı. Qırmızı Xaç Komitəsindən hərəmizə 2 min dollar verdilər ki, yoxsulluğumuza görə heyvan alib saxlayaq, dolanaq. Erməni komandir də onun yarısını əlimizdən aldı. Qalan min dollara iki inək aldım. Bizi də bu daxmada yerləşdirdilər ki xaricdən gələnlər, Qirmızı Xac Komitəsi necə yaşadığımı görüb şəkillərimizi çəksinlər. Elə də oldu.

Bax, bu bizim siyasətimizdir. Yalan, fırıldaq, hiylə dolu əməllərimiz var, amma yenə uduzuruq. Biz çox böyük səhvlər elədik. Azərbaycan bizi heç vaxt bağışlamayacaq. Elədiklərimizi unutmayacaq.

Ermənistanın sevimli yazıçısı, qəhrəman bildiyimiz Zori Balayanı görmürlərmi? O vətən xainidir. Onun etirafları erməni xalqına ziyan vurub. Yüzillər də keçsə, onlar fakt olaraq qalacaq.

Zori Balayan 1996-cı ildə nəşr olunan "Ruhumuzun canlanması" adlı əsərində Xocalı soyqırımına haqq qazandırıb və bu şəhərdə azərbaycanlılara qarşı soyqırımı həyata kecirildiyini fəxrlə belə etiraf edib: "Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz on üç yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk usağı çox səs–küy salmasın deyə, Xaçatur usağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra bu usağın başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk usağı yeddi dəqiqə sonra qan itirərək öldü. Ruhum, xalqımın bir faizinin belə qisasını aldığı üçün sevincdən qürurlanırdı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə–hissə doğradı və bunu daha üç türk usağına etdik. Mən bir erməni vətənsevər kimi öz vəzifəmi yerinə yetirdim".

Xocalıda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı faktlarını əsərində sadalayan Zori Balayan hər bir erməninin bu hərəkətdən fəxr duymalı olduğunu yazıb.

Xocalıda ermənilərin soyqırımı gerçəkləşdirdyini, insanlığa qarşı cinayət işlətdiklərini təsdiqləyən bu fikirlər Zori Balayanın 1996-cı ildə dərc olunmuş "Ruhumuzun canlanması" adlı kitabının 260–262-ci səhifələrində dərc olunub.

Mübariz, qoca erməninin düz gözünün içinə baxırdı.

Qoca erməni:

– Bax, üstündən illər, hətta əsrlər də keçsə, bizi heç kim bağışlamayacaq. Sən mənə inandınmı? Mən savadsız olsam da, keçmişimizi, tariximizi bilməsəm də, səhv yolda olduğumuzu yaxşı bilirəm.

Mübariz:

– Onda gəl, indi də mən sənə bir az tarixdən bəhs edim: vaxtilə Dağlıq Qarabağda qadın və kişi monastrları tikilib. Elə V yüzildə üç min rahib yaşayıb. Ermənilər xristianlığı albanlardan 270 il sonra parxiyalı Qriqoridən qəbul ediblər. Albaniyanin ən boyuk qəbilələrindən biri abdallar olub; türkdilli abdal qəbiləsi. O dövrdəki Ay məbədlərinin bəziləri sonradan kilsəyə verilib. Ay məbədindəki orta məktəb dərslikləri bizim arxivlərimizdə hələ də qalır. O dərsliklər türk dilində yazılıb. Azərbaycanda xristianlıq yayılanda albanlar iki hissəyə bölünüb. Onların bir hissəsi Aya, bir hissəsi isə Atəşə sitayiş eləməyə başladı. Qarabağdakı albanlardan bəziləri isə xristianlığı qəbul elədi. Azərbaycanda islam dini yayılanda İslamı qəbul eləməyən albanların bir qismi sonradan erməniləşdilər. Sənin Qarabağda gördüyün ermənilərin əlli faizi həmin o Alban qəbiləsindəndir. Nə bilmək olar, bəlkə elə sən də onlardansan.

1915, 1917, 1992-ci illər... Hansı dövrdə Azərbaycanda boşluq olubsa, ermənilər bundan faydalanaraq bizə hücum edib.

Qoca erməni:

– Yüz ildən bir qanı coşur bu millətin, hamısı da öz başında çatlayır.

Mübariz ona bir hava telefonu uzatdı:

– Al, bu telefonla səni heç kim dinləyə bilməyəcək. Məni axtarsan, bax bu düyməni basarsan.

– Sən bunu hardan almısan?

– Mən bir müddət bankda işləmişəm. O vaxt almışam.

– Sən bankda işləmisən? Bəs burda nə işin var?

– Mən nə Qarabağı, nə də Xocalını unutmuşam!

– Nə qədər maaş alırdın?

– 600 manat.

– Mən də elə bildim dollarla işləmisən. 600 manat neçə dollardır ki?

– 800–ə yüzə yaxın.

– Nə? Sizin pulunuz dollardan qiymətlidir? Mənim o qədər pulum olsaydı, heç bir dərdim olmazdı. Nəvəmi də götürüb Krasnodara gedərdim.

Mübariz:

– Nə isə, bu günlük bu qədər bəs edər. Biz səninlə görüşəcəyik, qoca. İndi getməliyəm, amma unutma, biz görüşəcəyik...

Onun gecə yoxlamasına ehtiyac qalmamışdı, çünki hələ qocanın yanına gəlməzdən əvvəl hər yeri gözdən keçirmişdi. O, minalanmış ərazini də tanıyırdı.

Mübariz qocayla söhbəti bitirib posta qayıtdı. Səhər saat 7-də Azərbaycan əsgərləri sıraya düzülmüşdü. Səhər qaçışını Mübariz təşkil etdi. Səhər qaçışı, yuyunmaq və səhər yoxlamasının ardından Mübariz taqım komandirinə məruzə etdi.

Komandir:

– Sənə halal olsun Mübariz, sayəndə rahat yatırıq. O komandirin səsini necə kəsmisənsə, gecə bir güllə də atmadılar.


***

Kamo qocanın qapısını döyüb “Radik” deyə bağırmağa başladı.

Yuxudan qəfil oyanan qoca:

– Komandir? Gəl, gəl içəri.

Kamo:

– Dünən gecə məni axtarmısan, xeyirdimi? Gecə saat dörddə yadınamı düşmüşdüm? Mənə bax, yoxsa o əsgərdən xəbər almısan?

– O əsgər dünən gecə mənim yanıma gəlmişdi e, saat dördə qədər mənimlə söhbət elədi. Sən hardaydın?

Kamo:

– Necə gəlmişdi? Hansı yolla? Bəs bizim basdırdığımız minalara nə oldu?

– Mən hardan bilim? Gəldiyi kimi də yoxa çıxdı. O sərhəd tərəfə yox, bax düz o tərəfə yollandı, ordan da nə qədər baxdım, heç kimi görmədim. Yoxa çıxdı. Mənə də bu hava telefonunu verdi.

Kamonun rəngi qaçdı. O:

– O bura necə gələ bilər? Bəlkə elə gəlib hamımızı qırdı, öldürdü, nə edəcəyik?

– Qorxma, o öldürməz.

– Sən hardan bilirsən? O bura qədər gəlib, səngərdəkiləri görürsə, niyə öldürməsin?

– Mən ondan xahiş elədim, dedim ki, nəvəm burda əsgərdir. Onun növbəsində atəş açma. O da dedi ki, mən istəsəydim, bir gündə bu postdakıların hamısını öldürərdim. Amma atəşkəsi gözləyirəm.

Kamo postdakılarla əlaqə saxlayıb məlumat aldı. Hər şeyin qaydasında olduğunu öyrənəndən sonra qoca erməniyə - Radikə tərəf döndü:

– Sən onun verdiyi telefonla ona zəng vur. De ki, bunun enerjı aparatını axşam olanda gətirsin.

Radik Mübarizlə əlaqə saxladı:

– Əsgər, sən bu telefonu mənə verdin amma bunun batareyası bitmək üzrədir. Axşam gətirə bilərsənmi?

Mübariz:

– Axşam gəlmişdim, sən yatmışdın. Səninlə söhbət elədiyimiz ağacın budağından asmışam.

Kamo ağaca baxanda rəngi qaçdı. O yanındakı əsgərlərə “hazır olun” əmri verdikdən sonra, Radikə dedi:

– Hər an o əsgər gələ bilər. Qoy bir şey fikirləşim, sonra səninlə əlaqə saxlayacağam. Gərək hər şey inandırıcı olsun ki, biz o əsgəri aldadıb gətizdirə bilək.

O, maşınına minib hərbi hissəyə getdi.

Mübariz barəsində eşitdiklərini öz rəhbərliyinə məruzə etdi:

– Azərbaycan tərəfində belə bir əsgər var. Bir gün o hamımızı qıracaq. Bizim səngərdə baş verən hər şeydən xəbəri var. Mənim komandir olduğum bölgədə mənim bilmədiklərimdən məlumatlı olur. Kömək edin, onu aldadıb ermənilərin yaşadığı əraziyə gətirim, onda onu zərərsizləşdirmək üçün mənə kömək lazım olacaq.

– Kamo, sənin 80 nəfər əsgərin var. Bəs deyilmi? Yoxsa hamısından pul alıb evinəmi buraxmısan?

– Mən cəmi otuz nəfəri evə göndərmişəm, onların da icazəsini sizdən almışam. O pulların yarısı sizə çatıb. Amma bu Azərbaycan əsgərindən sonra hamısını çağırmışam, xidmətdədirlər, gəlin, yoxlayın.

– Görürəm, yaman qorxmusan, de görüm, sənə nə qədər adam verim?

Kamo:

–Mənə yüz ya da iki yüz nəfər adam lazım olacaq. Onlar bizim hərbi hissədən beş kilometr uzaqda olmalıdır. Əlavə qüvvə olsa o görəcək, bəlkə də gəlib bizi qırıb gedəcək. Sərhəddən uzaqlaşdırmağa çalışmalıyıq, bax o halda bizim onu öldürməyə şansımız yarana bilər. Onda hiylə işlədib onu aradan götürə bilərik.

– Yaxşı Kamo, görürəm yaman qorxmusan. Sənə əlavə qüvvə ayrılacaq. Deyəsən Azərbaycan tərəfi əsgər yox, Rembo yetişdirib, – deyə komandiri onu ələ saldı.

– Gül, gül, komandir, mən də gülürdüm, o məni ağlatdı, canıma qorxu saldı. Bircə güllə atıb, bu gündəyəm, görün silahındakı bütün güllələri atsa nə olar.

O dəli kimi “tapdım, tapdım” deyə qışqırmağa başladı.

– Nəyi tapdın? Kimi tapdın?

– Onu bura necə gətirəcəyimizi tapdım.

O Ermənistanın keçmiş müdafiə nazirinin bağında işləyən iki azərbaycanlı əsgəri nişan verib söylədi:

– Həmin əsirləri iyirmi ildir axtarırlar.

O, vaxt itirmədən əsirlərin ad–soyadını, anadan olduqları tarixi qeyd eləyib Radikin evinə gəldi.

Kamo:

– Radik, tez ol, gəl bura. İndi o əsgərin sənə verdiyi hava telefonu ilə əlaqə saxla, ona de ki, bizim keçmiş müdafiə nazirinin evində, bağında 20 il işləyən iki azərbaycanlı əsir yaşayır. Onlar barəsində məlumat ver. O səndən əsirlərin şəkillərini istəyəcək, “ad və familiyasını öyrənə bilərsənmi”, deyə soruşacaq. Sən də de ki, “mən qoca kişiyəm, şəkil çəksəm məni görüb öldürərlər. Çünki əsirlərin başının üstündə əli silahlı əsgərlər dayanır, gözdən qoymurlar. Amma ad–familiyasını öyrənərəm. Yaddaşım yaxşıdır. Əsgərlərə siqaret verib deyəcəm ki, çoxdandır türk dilində danışmıram, qoy gedim bir az keçmiş yerlilərimlə dərdləşim”.

Kamo qoca Radikə hər şeyi başa saldı. O da təlimata olduğu kimi əməl etdi.

(Ardı var)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi