Modern.az

Bakıda doğulan erməni Qarabağdakı döyüşlərdə məhv edilib

  Bakıda doğulan erməni Qarabağdakı döyüşlərdə məhv edilib

Təhsil

13 Aprel 2016, 20:01

 

Dağlıq Qarabağdakı döyüşlərdə məhv edilən ermənilərdən biri əslən Bakıdandır. Modern.az Ermənistan KİV-nə istinadə bildirir ki, Norayr Najiyans aprelin 2-də könüllü şəkildə hərbi əməliyyatlara qoşulub.

O, aprelin 4-dən 5-nə keçən kecən gecə Talış uğrunda gedən döyüşdə öldürülüb.

Norayr Najiyans 1976-cı il iyulun 17-də Bakıda jurnalist ailəsində doğulub. 1988-ci ildə Yeravana köçüb. 

1992-1995-ci illərdə separatçı rejimin Dağlıq Qarabağı işğal etdiyi zaman da müxtəlif dəstələrdə vuruşub.

Onun 2015-ci ilin avqust ayında Qarabağda erməni tərəfinin atəşkəsi pozması nəticəsində baş verən qısamüddətli döyüşlərdə də iştirak etdiyi məlum olub.    

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı