Modern.az

Mahaçqalada 3 yaraqlı öldürüldü

Mahaçqalada 3 yaraqlı öldürüldü

14 Aprel 2016, 12:42



Mahaçqala şəhəri ətrafında keçirilən xüsusi əməliyyat zamanı 3 yaraqlı məhv edilib. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, Dağıstanın güc strukturlarındakı mənbənin verdiyi xəbərə görə, öldürülənlərdən biri 30 yaşlı Kamil Maqamodeovdur.

Mahaçqaladakı quldur dəstəsinin yaraqlıları Leninkənd qəsəbəsindəki şəxsi evlərdən birində gizləniblər. Aprelin 13-də güc strukturları yaraqlıların məhv edilməsi məqsədilə aktiv xüsusi əməliyyat keçiriblər. Aprelin 14-də səhər saatlarında adıçəkilən qəsəbədə operativ əməliyyatın  bərpasından sonra dəstə üzvləri məhv ediliblər. Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...