Modern.az

İŞİD yaraqlıları Suriyada hərbi təyyarəni vurub

 İŞİD yaraqlıları Suriyada hərbi təyyarəni vurub

Təhsil

14 Aprel 2016, 23:49

 

Suriya hüquq müdafiəçiləri ölkənin cənubunda hökumət qüvvələrinə məxsus hərbi təyyarənin vurulması haqda məlumat yayıblar. Modern.az xarici mediaya istinadən bildirir ki, təyyarənin İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmsasının vurduğu iddia edilir.

Məlumatda qeyd edilir ki, prezident Bəşər Əsədin ordusuna məxsus vurulan hərbi təyyarə Xalxalla hərbi hava limanı rayonunda yerə düşüb.

İŞİD yaraqlıları da həmin rayonda təyyarə vurulduğu haqda xəbər veriblər.

Bəzi mənbələr isə vurulan təyyarənin Rusiyaya məxsus olduğunu iddia ediblər.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı