
Bir neçə gün bundan qabaq Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı təşkilatın İdarə Heyətinin iclasını keçirib. İclas zamanı o, cəbhədəki hadisələrlə bağlı dəyirmi masa keçirmək fikrində olduqlarını deyib.
QAT sədri Modern.az-a açıqlamasında artıq görüşün vaxtının bəlli olduğunu söyləyib.“Aprelin 21-də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) görüş keçiriləcək. Görüşə qatılmaq üçün hər kəsə dəvətnamə göndərilib”
O, müzakirə ediləcək mövzunun adını da vurğulayıb.
“Bütün müxalifət partiyalarına, QHT-rə, deputatlara dəvətnamə göndərmişik. Kim gələcəksə onun iştirakı ilə müzakirələrimiz olacaq. Tədbirdə müzakirə ediləcək mövzumuz belə adlanır. “Azərbaycan ordusunun itkisi: 5 aprel - uğurlu döyüş əməliyyatı: tamam, yoxsa, davam?!””
Namidə BİNGÖL