Modern.az

Bakıda milli geyim günü keçiriləcək - FOTO

Bakıda milli geyim günü keçiriləcək - FOTO

Təhsil

15 Aprel 2016, 12:39

Bakı Uşaq Teatrı hər ayın bir gününü  Milli geyim günü kimi qeyd etmək qərarına gəlib.  “Canlı abidələr” adlı yeni layihə çərçivəsində kollektiv üzvləri ayda bir gün - xüsusilə əlamətdar günlərdə milli geyimlərimizdə paytaxtın müxtəlif yerlərini,  tarixi və mədəni abilələri ziyarət etməyi qərarlaşdırıblar.

“Məqsədimiz  mədəni irsimizin bir parçası olan milli geyimlərimizi təbliğ etmək və yaşatmaqdır.  Çünki milli geyimlərimiz də tarixi abidələrimiz qədər əhəmiyyətlidir. Bu geyimlər gənc nəslin zövqünün formalaşmasında, dünyagörüşünün inkişafında böyük rola malik ola bilər”, deyə teatrdan Modern.az-a bildirilib.

Layihə çərçivəsində ilk tədbir 18 apreldə (saat 14:00 - 16:00)  planlaşdırılır. Həmin gün həm də Beynəlxalq Abidələr və Tarixi Yerlər günü kimi qeyd olunur.

Bakı Uşaq Teatrının əsasən gənclərdən ibarət olan yaradıcı heyəti həmin gün Dənizkənarı Bulvar və  İçərişəhər ərazisində  yürüş edərək, şəhər əhalisi ilə ünsiyyətdə olaraq  milli geyimlərimizi nümayiş etdirmək niyyətindədir.


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı