Modern.az

Qənirə Paşayeva qanundakı boşluqlara diqqət çəkdi

Qənirə Paşayeva qanundakı boşluqlara diqqət çəkdi

Təhsil

15 Aprel 2016, 13:23

Milli Məclisdə Hesablama Palatasının 2015-ci il üzrə hesabatı üzrə müzakirələrə başlanılıb.

Modern.az xəbər verir ki, deputat Qənirə Paşayeva Hesablama Palatasının apardığı auditlərdə ortaya çıxarılan nəticələrin ciddi olduğunu deyib:

“Səhiyyə müəssisələrində çoxlu sayda vakant iş yerləri var. Rayonlar üzrə də bu göstərilib. Nəzərə alsaq, səhiyyə sahəsində yüzlərlə iş yeri var və bu sahədə iş gözləyənlər var. Səhiyyə müəssisələri işçi almaqdansa vakant ştatları tibb heyətləri arasında bölüşdürməyə üstünlük verir. Bu, ciddi məsələdir.

Əslində iş yükü normanın yuxarısında da deyil, daha da azalır. Buna baxmayaraq vakant iş yerləri tibb heyəti arasında bölüşdürülür. Səhiyyə sahəsində bu qədər iş yeri gözləyən ali məktəbi bitirən gənclər var. Onlara işləmək üçün şərait yaradılmalıdır”.

Deputat Hesablama Palatasının valideyn himayəsindən məhrum olunmuş uşaqların təhsil haqqından azad olunması məsələsi zamanı qanunlarda ortaya çıxan boşluğa da diqqət çəkib:

“Burada müəyyən ziddiyyətli məqamlar ortaya çıxır. Qanundan məlum olur ki, təhsil haqqından azad olunma 18-23 yaşındakı şəxslərə tətbiq olunur. Hər kəs birinci il ali mətkəbə daxil ola bilmir.

Elələri var ki, ikinci il tələbə adını qazanır və 23 yaşında ali məktəbi bitirmir. Nəticədə son 3 və ya 4-cü kursda özləri təhsil haqqını ödəməyə məcbur olurlar. Qanunvericilikdə bu məslələrlə bağlı çıxılmaz vəziyyət yaranır”.

Aytən Zəhra

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı