Modern.az

Azərbaycan əhalisi 9723,5 min nəfərə çatıb

Azərbaycan əhalisi 9723,5 min nəfərə çatıb

Təhsil

15 Aprel 2016, 13:28



Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin sayı 17,9 min nəfər və ya 0,2 faiz artaraq 2016-cı il mart ayının 1-i vəziyyətinə 9723,5 min nəfərə çatıb.

Əhalinin 1 kv. km olan sıxlığı 112 nəfər olub. Ölkə əhalisinin ümumi sayından 53,1%-i şəhər, 46,9%-i kənd sakinlərinin, 49,8%-i kişilərin, 50,2%-i isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.

Rəsmi məlumata görə, bu ilin yanvar-fevral ayları ərzində VVAQ şöbələri tərəfindən 9 min nikah və 2,1 min boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,3 olub.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı