Modern.az

Qarabağ döyüşlərində yaralanan 125 erməni hərbçi müalicə olunur

 Qarabağ döyüşlərində yaralanan 125 erməni hərbçi müalicə olunur

Təhsil

15 Aprel 2016, 20:01

 

Aprelin əvvəlində Dağlıq Qarabağdakı döyüşlərdə məhv edilən erməni hərbçiləri ilə yanaşı, yaralananların da dəqiq sayı indiyədək gizlədilir. Ermənistandakı və Qarabağdakı separatçı rejimin orduya cavabdeh olan rəsmiləri həm itkilər, həm də yaraılarla bağlı demək olar gündə bir rəqəm açıqlayırlar. Bu isə bir daha düşmən ordusunda itkilərin real sayının qəsdən erməni cəmiyyətindən gizli saxlanıldığını sübut edir.

Bu gün məlum olub ki, Qarabağdakı hərbi əməliyyatlarda yaralanan 125 erməni hərbçisi Ermənistan və Qarabağdakı müxtəlif tibb mərkəzlərində müalicə olunurlar. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, bu haqda hərbi tibb idarəsinin rəis müavini, podpolkovnik Arutyun Qalstyan məlumat verib.

Onun sözlərinə görə, 5 hərbçinin vəziyyəti çox ağırdır.

Qalstyan deyib ki, yaralılardan 45-i Yerevandakı mərkəzi kliniki hərbi, qalanları Qarabağdakı hospitallarda müalicə olunurlar: “Əsgərlərdən biri hərbi əməliyyatların aktiv fazasından sonra başından güllə yarası alıb, əsgərlərin əksəriyyətində qəlpə yaralarıdır”.

Onun fikrincə, yaralı əsgərlərin Ermənistanda tam müalicəsi mümkün olmasa, onların xaricə aparılması da istisna deyil.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...