Modern.az

Yaponiyadakı dağıdıcı zəlzələdə ölənlərin sayı artıb

Yaponiyadakı dağıdıcı zəlzələdə ölənlərin sayı artıb

16 Aprel 2016, 10:07


Ötən gecə Yaponiyanın Kyuşu adasındakı Kumamoto prefekturasında baş verən 7,3 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 13-ə çatıb.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, 1000-dən çox yaralı insan xəstəxanalara yerləşdirilib, dağıntılar altında hələ də qalanlar var.

 Baş verən zəlzələdən sonra 200 minədək ev elektrik enerjisiz qalıb, 100 min evin qaz təchizatı iflic olub.

Dalbadal iki dəfə baş verən zəlzələnin gücü birinci dəfə 7,1 , ikinci dəfə isə 7,3 balında olub.

Daha sonra isə ard-arda iki zəlzələnin qeydə alındığı Kumamoto prefekturasında Aso vulkanı püskürməyə başlayıb.

Ölkənin milli meteoroloji idarəsi vulkanın son iki sarsıdıсı zəlzələ ilə heç bir əlaqəsinin olmadığını bildirib.

İdarənin yaydığı məlumata görə, Aso vulkanı 100 metr yüksəkliyə kül atıb.

 Bununla əlaqədar olaraq bölgədə aviaəlaqənin pozulmasına dair məlumat daxil olmayıb.

Qeyd edək ki, birinci zəlzələdə ölənlərin sayı 9 idisə indi artıq 4 nəfər də həyatını itirib.

Kumamoto prefekturasında yeraltı təkanlar torpaq sürüşməsinə səbəb olub. 11 nəfərin itkin düşdüyü bildirilir. Hazırda hadisə yerində xilasedici işlər davam etdirilir.

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...