Modern.az

Səfirlik: Yaponiyadakı zəlzələdə azərbaycanlılar zərər çəkməyib

Səfirlik: Yaponiyadakı zəlzələdə azərbaycanlılar zərər çəkməyib

Təhsil

16 Aprel 2016, 10:43



“Yaponiyanın Kumamoto prefekturasında zəlzələ baş verən bölgədə təhsil alan və yaşayan Azərbaycan vətəndaşı yoxdur”.
 
Modern.az-ın xəbərinə görə, bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyinin Twitter səhifəsində məlumat verilib.
 
Verilən məlumatda deyilir ki, azərbaycanlılar zəlzələ baş verən bölgəyə səfər etməsinlər:

“Azərbaycan vətəndaşlarının nəzərinə! Kumamoto prefekturasında baş vermiş zəlzələlərlə əlaqədar əraziyə səfər etməyin.
Azərbaycan Respublikasının Yaponiyadakı səfirliyinin məlumatına görə, Kumamoto prefekturasında yaşayan və təhsil alan Azərbaycan vətəndaşı yoxdur”, - deyə açıqlamada bildirilir.
 
Qeyd edək ki, ötən gecə Yaponiyanın Kyuşu adasındakı Kumamoto prefekturasında baş verən 7,3 bal gücündə zəlzələ nəticəsində xeyli tələfat olub. Ölənlərin sayı 13-ə çatıb, yaralıların sayı isə 1000- keçib.

 Ağa AKİFOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...