Modern.az

Azərbaycan sərhəddində 636,14 qram civə saxlanıldı

Azərbaycan sərhəddində 636,14 qram civə saxlanıldı

16 Aprel 2016, 13:18



İnsan sağlamlığına və ətraf mühitə ciddi təhlükə törədən  maddələrin qaçaqmalçılığının qarşısının alınması istiqamətində aparılan mübarizə tədbirləri çərçivəsində gömrükçülər  636,14 qram civənin ölkənin gömrük sərhədindən keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, xüsusi təhlükəli maddə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Qazaxıstan vətəndaşından aşkar olunub. Xaçmaz Gömrük İdarəsinin “Samur “ Gömrük Postunda piyada yolla ölkəmizə gələn həmin şəxsin əl yükü olan 1 ədəd çantaya  “Heiman Smith” markalı rentgen aparatında gömrük baxışı keçirilib. Çantadakı konfetlərin arasında şübhəli qaraltılar müşahidə olunduğundan  yüklər qanunvericiliyin tələbləri çərçivəsində yoxlanılıb.  Yoxlama zamanı çantadakı konfetlərin qablaşdırıldığı kağızlara bükülü vəziyyətdə gömrük nəzarətindən gizlədilməyə cəhd göstərilən 3 ədəd flakonda çəkiləri 216,65 qram,  211,32 qram və 208,17 qram olmaqla, ümumilikdə çəkisi 636,14 qram olan civə aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.         

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...