Modern.az

Səudiyyə Ərəbistanından neftlə bağlı önəmli bəyanat

Səudiyyə Ərəbistanından neftlə bağlı önəmli bəyanat

16 Aprel 2016, 18:17


Səudiyyə Ərəbistanı neftin hasilatının dondurluması üçün əsas şərtlərinin irəli sürüb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının müdafiə naziri Məhəmməd ben Salman bunun olması üçün bütün digər neft hasilatçılarının, o cümlədən İranın da neft hasilatını azaltmalı olduğunu deyib.

Əks halda, ben Salman ölkəsinin neft hasilatını sutkada daha 1 milyon barel artıracağı ilə bağlı proqnoz verib.

Xatırladaq ki, aprelin 17-də Qətərin paytaxtı Dohada Rusiya, Azərbaycan və Səudiyyə Ərəbistanın da iştirakı ilə 13 neft hasilatçısı ölkənin iclası keçiriləcək. İclasda neftin qiymətlərini sabitləşdirmək üçün hasilatı yanvar ayı səviyyəsində saxlamaq məsələsi müzakirə olunacaq.

Vüqar İsmayılov  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...