Şanlıurfanın Suruç rayonunda, Ali Akkuş ilə Devrim Küçükaslanın toyunda silahlar susmayıb. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, rayon mərkəzindəki boş sahədə keçirilən toyda qonaqlar; türk və kürd dilində mahnıların sədaları altında halay çəkiblər.
Toy mağarına gəlin və bəyin gəlməsi ilə birlikdə aralarında uşaqların da olduğu dəvətlilər, tapança və tüfənglərlə havaya dalbadal atəş açıblar.
Təxminən 2 min adamın iştirak etdiyi toy boyu silahlar susmayıb. 3 gün, 3 gecə davam edən toyda dəvətlilərə yemək də verilib.






Modern.az