Modern.az

Qadın Bakıdakı çay evində döyülüb

 Qadın Bakıdakı çay evində döyülüb

17 Aprel 2016, 21:54

 

Bakıdakı çay evlərindən birində qadına qarşı xuliqanlıq edilib. Modern.az saytı lent.az-a istinadən xəbər verir ki, bu barədə Xəzər rayon sakini, 1976-cı il təvəllüdlü Validə Hətəmova (ad şərtidir) polisə müraciət edib.

Məlumata görə, Sarayevo küçəsində işlədiyi "Red House" çay evində iş yoldaşı tərəfindən döyülüb.

Şikayətçi əlavə edib ki, 1958-ci il təvəllüdlü Asif Alxasov onu döyməklə yanaşı həm də söyərək təhqir edib. Qadının şikayətçi olduğu şəxs polis tərəfindən saxlanılaraq dindirilib, araşdırma aparılır.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...