Dohada hasilat səviyyəsinin dondurulması ilə bağlı üç saatdan artıq müzakirələr aparan neft istehsalçıları bir anlaşmaya gələ bilməyiblər. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, görüşdə 17 ölkənin nümayəndəsi iştirak edib. İlkin saziş layihəsindən neftin səviyyəsinin 2016-cı ilin yanvar ayı səviyyəsində saxlanılması barədə nəzərdə tutulan bənd çıxarılıb.
Qeyd edək ki, Dohada neft istehsalçısı olan ölkələrin hasilatın səviyyəsini dondurmaqla bağlı danışıqlar başlayıb. İlkin razılaşmaya görə, görüş Qətər paytaxtı Dohada yerləşən “Sheraton” otelində yerli vaxtla saat 9:00-da başlamalı idi və iki saat davam etməli idi. Amma görüş müəyyən səbəblərdən 6 saat gec başladı. Görüşün gecikməsinin əsas səbəbi Səudiyyə Ərəbistanının neft hasilatınının dondurulması ilə bağlı bağlanacaq saziş layihəsinin dəyişdirilməsi ilə bağlı tələbi olub.
Yeni variantına görə, saziş bütün OPEK üzvlərinin qoşulmasından sonra işlək sayılacaq. Bu, o deməkdir ki, sazişə İran qoşulduqdan sonra o, işə başlayacaq. Sazişin ilkin variantına görə, hasilat oktyabrın 1-ə kimi 2016-cı ilin yanvar səviyyəsində qalmalı idi. Daha sonra tərəflər 2016-cı ilin oktyabr ayında Rusiyada yeni görüş planlaşdırmışdılar. Əgər neft hasilatının səviyyəsini dondurmaq mümkün olsa idi, onda buna nəzarət edəcək xüsusi orqanın yaradılması da planlışdırılırdı.
Modern.az