Aprelin 25-27-də Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək.
Mədəniyyət və Turizm Nazirliyindən Modern.az-a verilən məlumata görə, forum "İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" devizi altında keçiriləcək.
Prezident İlham Əliyevin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.
Modern.az