Modern.az

Deputat şəhid ailələri, əlillərlə görüşdü - FOTOLAR

Deputat şəhid ailələri, əlillərlə görüşdü - FOTOLAR

18 Aprel 2016, 17:12

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Lənkəran şəhərində sosial durumu çətin olan şəhid ailələri, əlillər və digər qrup insanlarla görüş keçirib. İlk olaraq son günlər cəbhədə şəhid olmuş əsgər və zabitlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra millət vəkili görüşdə onların arzu  və istəklərini dinləyib, əmək  və əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən həyata keçirilən sosial müdafiə yönümlü addimların önəmini qeyd edib və bunun dövlətimizin daim diqqət mərkəzində olduğunu vurğulayıb.

Hadi Rəcəbli bildirib ki, dövlət tərəfindən əlil və fiziki imkanları məhdud olan insanların sağalması və cəmiyyətə inteqrasiyası dövlət tərəfindən üçün ardıcıl lazım olan bütün tədbirlər görülür. Reabilitasiyası sahəsində də aparılan işlərdən danışan millət vəkili vurğulayıb ki, burda da mövcud olan qanunvericilik aktları, direktiv sənədlər, əmr və sərəncamlar müvəffəqiyyətlə həyata keçirilir.

Görüşdə iştirak edən Bakı və Lənkəran “Qarabağ əlilləri və veteranları” cəmiyyətinin üzvləri, eləcə də Qarabağ qaziləri Vaqif Tağıyev, Tərlan Həmidov prezident İlham Əliyevə onlara göstərilən daimi qayğı və diqqətə görə öz təşəkkürünü bildirib və lazım gələrsə torpaqlarımızın bütövlüyü uğrunda yenidən cəbhəyə getməyə hazır olduqlarını söyləyiblər.

Maraqlı polemik şəraitində keçən görüşdə bir sıra təklif və rəylər də səslənib ki, deputat bu ideyaların qanun yaradıcılığında istifadə edəcəyinə söz verib.

Sonda bu qrup insanlarla bir neçə xatirə şəkli də çəkdirilib.









Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...