Modern.az

Təhsil Nazirliyi: “Son zəng”in vaxtı dəyişməyəcək - 14 İYUN

Təhsil Nazirliyi: “Son zəng”in vaxtı dəyişməyəcək - 14 İYUN

Təhsil

19 Aprel 2016, 12:18


Yayılan bəzi məlumatlara görə, bu il məktəblərdə dərslərin mayın 31-də yekunlaşacağı gözlənilir. Təhsil Nazirliyi isə bunu təkzib edib.

“Bu il ümumtəhsil müəssisələrində dərslər iyun ayının 14-də bitəcək”. Modern.az saytı xəbər verir ki, bunu Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini, Cəsarət Valehov deyib. O, bildirib ki, Nazirlər Kabinetinin bununla bağlı müvafiq qərarı var. Odur ki, bu il dərslər iyun ayının 14-də başa çatacaq.

Həmin vaxt məktəblərdə “Son zəng” də çalınacaq.

Aytən ZƏHRA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə