Modern.az

Azərbaycanda snaylerlər kurusunun buraxılışı oldu

Azərbaycanda snaylerlər kurusunun buraxılışı oldu

Təhsil

19 Aprel 2016, 12:29

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində snayperlərin təkmilləşdirilməsi kursunun növbəti buraxılışı keçirilib. Kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim edilib.

Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib.

Kursda əsas diqqət snayperlərin çətin ərazi və hava şəraitində həyatda qalma və dəqiq atəşaçma bacarıqlarının təkmilləşdirilməsinə yönəldilib.
Qabaqcıl təcrübə və üsullardan istifadə etməklə təşkil olunan kurslara Müdafiə Nazirliyinin bütün hərbi hissələrində xidmət keçən snayperlərin cəlb edilməsi planlaşdırılır.


Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...