
Bu gün Qarabağ döyüşlərində "Mixaylo" ləqəb ilə tanınmış Milli Qəhrəman Tofiq Hüseynovun doğum günüdür. Bu münasibətlə onun Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub, xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Modern.az-ın məlumatına görə, Tofiq Hüseynov 19 aprel 1954 -cü ildə Xocalı şəhərində doğulub. 1961-ci ildə burada birinci sinfə gedib və 1971-ci ildə məktəbi bitirib. Ağdam şəhərindəki Kənd Təsərrüfatı Texnikumunun mexanizasiya fakültəsini bitirdikdən sonra, 1974-cü ildə hərbi xidməti Qazaxıstan Respublikasının Alma- Ata şəhərində başa vurub. Xocalı şəhər orta məktəbində hərbi hazırlıq müəllimi işləyib, 1991-ci ildə Xocalı ərazi özünümüdafiə batalyonunun təşkilatçılarından biri kimi taborun komandiri təyin edilib.
Tofiq Hüseynov döyüşlərdə "Mixaylo" ləqəbi ilə tanınırdı. 26 fevral 1992-ci ildə gedən ağır döyüşlərdə qəhrəmanlıq göstərərək, həlak olub.
Ailəli idi üç övladı var.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Hüseynov Tofiq Mirsiyab oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Modern.az