Modern.az

Dövlət İmtahan Mərkəzinə üzvlər təyin olundu - SİYAHI

Dövlət İmtahan Mərkəzinə üzvlər təyin olundu - SİYAHI

19 Aprel 2016, 13:21

 

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının üzvləri təsdiq olunub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Modern.az-a verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü, professor Kamil Aydazadə, təhsil nazirinin müavini Ceyhun Bayramov, Xüsusu Dövlət Mühafizə Xidməti rəisinin müavini, general-leytenant, Niyazi Hacıyev, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Direktorlar Şurasının ictimai əsaslarla fəaliyyət göstərəcək üzvləri kimi təsdiq olunub.

Mərkəz dövlət qeydiyyatına alınana qədər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) fəaliyyətlərini davam etdirirlər və vətəndaşlara qanunvericiliklə nəzərdə tutulan bütün xidmətləri (elektron xidmətlər, test imtahanları, müsahibələr və s.) göstərəcəklər. Qəbul imtahanları və dövlət qulluğuna qəbulla bağlı məlumatlar, müvafiq olaraq, TQDK-nın və DQMK-nın saytlarında təqdim olunacaq. Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alınandan sonra bu xidmətlərin göstərilməsi qanunvericiliyə uyğun olaraq Mərkəz tərəfindən davam etdiriləcək və təşkilatın yeni saytı istifadəyə veriləcək.

Qeyd edək ki, prezident İlham Əliyevin Fərmanı ilə Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsi yaradılıb. Prezidentin sərəncamları ilə Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədr müavinləri Namiq Babayev və Bəhram Xəlilov təyin ediliblər.

Aytən ZƏHRA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...