
Rusiya sakinlərinin əksəriyyəti Sovet İttifaqının dağılmasından təəssüflənirlər.
Modern.az Rusuiya KİV-nə istinadən xəbər verir ki, bunu “Levada Mərkəzi”nin rəy sorğuları sübut edir.
Respondentlərin 56%-i SSRİ-nin dağılmasından təəssüfləndiklərini, 28%-i isə bundan təəssüflənmədiklərini deyib. Rəyi soruşulanların 18%-i isə suala cavab verməkdə çətinlik çəkdiklərini vurğulayıblar.
Bununla yanaşı, Rusiya sakinlərinin 33%-i SSRİ-nin dağılmasının qarşısıalınmaz proses olduğunu deyib. 51% respondent isə bunun əskini düşündüyünü deyib.
Vüqar İsmayılov