Modern.az

Dərslik çapı Təhsil Nazirliyindən alınıb Dövlət İmtahan Mərkəzinə verilə bilər

Dərslik çapı Təhsil Nazirliyindən alınıb Dövlət İmtahan Mərkəzinə verilə bilər

Təhsil

19 Aprel 2016, 14:38


Orta məktəb dərslikləri ilə bağlı zaman-zaman Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) arasında problemlər yaranıb. TQDK-nın dərsliklərlə bağlı keçirdiyi monitorinqin nəticələri isə bəzi hallarda nəzərə alınsa da, çox zaman qarşı tərəfdən müsbət qarşılanmır. Xüsusilə ali məktəblərə daxil olmaq istəyən abituriyentlərin hazırlaşması üçün orta məktəb dərsliklərinin yetəri qədər yaxşı olmadığı bildirilir, buna görə TQDK siniflər üzrə öz kitablarını onlara yardım etmək məqsədilə buraxır.

Təkliflər səsləndirilir ki, dərsliklərin çapı Təhsil Nazirliyi tərəfindən yox, TQDK tərəfindən (yeni qurum Dövlət İmtahan Mərkəzi) aparılsın.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibəyli Modern.az a-açıqlamasında bildirib ki, Dövlət İmtahan Mərkəzinin Əsasnaməsi hazırlanıb və dövlət başçısı tərəfindən təsdiq olunub.

“Quruma hansı funskiyaların verilməsi dövlət başçısı tərəfindən müəyyənləşdirilir. İkincisi, orta məktəblər üzrə dərsliklərin hazırlanmasında Təhsil Nazirliyinin özünməxsus çoxillik ənənəsi, təcrübəsi var”.

Komitə sədri qeyd edib ki, dərsliklər ildən-ilə təkmilləşir və TQDK-nın səsləndirdiyi fikirlər nəzərə alınır.

“Hesab edirəm ki, ortaq mövqe artıq ifadə olunub və burada demək olar ki, mövcud olan problemlər ortadan qaldırılıb”.

Aytən ZƏHRA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...