Türkiyənin İstanbul və Gürcüstanın Tbilisi şəhərlərinin merləri qardaşlaşmaq barədə memorandum imzalayıblar.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, iki mer - David Narmaniya və Kadir Topbaş arasında imzalanan müqavilə turizm, investisiya və mədəniyyət sahələrində əməkdaşlığı nəzərdə tutur.
Bundan başqa, qardaşlaşmış şəhər kimi İstanbul meriyası Tbilisiyə 5 avtobus hədiyyə edəcək.
Vüqar İsmayılov