Bu hal özünü son onilliklərdə daha çox büruzə verir. Rusiyada stinhedlərin şovinist əhval-ruhiyyəsi göz qabağındadır. Azərbaycanlıların, Orta Asiya respublikaları vətəndaşlarının o ölkədə qətlə yetirilməsi az qala adi hal alıb. Bəzən isə törədilmiş belə cinayətlərə görə stinxerlər ya məsuliyyətə cəlb edilir, ya da çox ciddi bir cəza ilə canlarını qurtarırlar. Belə görünür ki, Rusiya orduda «starik» gücü ilə nizam-intizamı saxlamaq ənənəsini xeyli genişləndirib. Yəni digər millətlərə qarşı faşist, şovinist təşkilatlarından bilavasitə istifadə etməklə hər kəsə «yerini göstərmək» amacı ilə susmağa, görməzdən gəlməyə üstünlük verir.
Almaniyada neofaşistlər də Hitler ideyalarını dirçəltməklə məşğul olurlar. Digər millətlərə qarşı nifrət, paxıllıq hisslərini qətiyyən gizlətmirlər. O ölkədə daha çox türk mühacirlərinin, iş adamlarının təqib edilməsi hamıya məlumdur. Ötən əsrin 50-ci illərindən bəri, müharibəni uduzan Almaniyanın dirçəlməsinə, bu günə yüksəlməsinə əvəzsiz güc sərf edən türklər indi xeyirxah əməllərinin «mükafatını» belə alırlar. Bəzən bütöv bir ailə, bəzən isə türk məhəllələri neofaşist hücümuna məruz qalır. Bu ölkədəki azərbaycanlılar da belə təzyiqlərdən, hədələrdən kənarda qalmırlar.
Fransada baş verən terror hadisəsindən sonra müsəlmanlara qarşı aşkar basqılar davam etməkdədir. Onların yaşadıqları evlərə, ərazilərə od vurulur. Məsələ bununla da bitmir. «Demokratiya beşiyi» sırasında yer alan Fransada yəhudi sinoqoqları da yandırılır. Yəhudilərin ölkədən çıxıb getmələrinə rəvac verilir. Onlar təhqir edilir, alçaldılır.
Və qəribədir ki, bütün bu hadisələrin fonunda İsrailin baş naziri Netenyahu hər kəsi şoka salan açıqlama da verdi. O, faşizmi elə mədh elədi ki, genosidə məruz qalmış yəhudilərin sümükləri sızıldadı. Baş nazir Fələstin xalqına qarşı qəddarlığını, amansızlığını ört-basdır eləmək üçün elə nağıl uydurdu ki, Hitler sağ olsaydı onun alnından öpərdi. Netenyahu dedi ki, o zaman (ikinci dünya müharibəsi dövründə) Hitler yəhudiləri öldürmək istəməyib. Onu bu yola təhrik edən fələstinli liderlər (?!!!) olub.
Görürsünüzmü, bəzən bir xalqa qarşı nifrət, qəzəb, öz xalqının axan qanını görməzdən gəlir. Az qala xalqının cəlladına yəhudilərin ən yüksək mükafatı olan «Cəsarət medalı» təqdim edilir.
ABŞ-da da vəziyyət ürəkaçan deyil. Kovboy tərbiyəsi, dünyagörüşü bəzən orta məktəblərə qədər enir. Tez-tez eşidir, görürük – 12-14 yaşlı bir uşaq (yaxud uşaqlar) evdən gətirdiyi silahla sinif yoldaşlarını, müəllimləri güllələyib. Əlbəttə, həmvətənlərini dünyanın dördbir yanında törətdikləri müharibələrdən, bu mövzuda lentə alınmış kinofilmlərdən «bəhrələnən» yeniyetmələr bəzən özlərini reallıqda belə o kovboylara, işğalçılara bənzətmək istədirlər.
Qaradərili əhali də ABŞ-ın sevilməyən üzüdür. Birlik, bərabərlik, rəng, milli fərqsizlik uydurmaları heç də həmişə ayaq tutub yeriyə bilmir. ABŞ polisi qaradərili vətəndaşları günün günorta çağı, hər kəsin gözü qarşısında, bəzən heç bir səbəb olmadan güllələyir. «Qaraları sevmək» kompaniyası bir yalandır. Üzə deyilməsə də arxada ağlar qaraları sevmir, onlara hələ də qul, kölə kimi baxır, uğurlarına sevinmir, paxıllıqlarını çəkirlər.
Ermənistan özü özünü yeyir. Digər millətləri sevməyən, düşmən olan haylar bəzən utanmadan danışırlar, yazırlar: «Azərbaycan qarışıq millətlərlə doludur. Onun gələcəyi yoxdur» və s.
Bax, belə! Sən demə millətlərin bir arada, dostcasına, qardaşcasına yaşaması onun gələcəyini təhlükəyə salırmış. Elə isə bu haylar özlərinə baxsınlar. Bir xaçik qalıb, bir də hayqanuş, vəssalam. Özləri də… günündə. Orda-burda ağlayırlar, dilənirlər, yalan danışırlar, alçalırlar, sürünürlər və… bizim dostluğumuza, ən müxtəlif dinlərin, inancların bir yerdə yaşamasına ERMƏNİCƏ qiymət verirlər. Artıq faşizmin bataqlığında boğulanlardan xəbərsizdilər.
Yox! Deyəsən bu ayın əvvəllərində faşizmin, şiddətli terrorizmin hansı nəticələrə gətirib çıxaracağını qandılar.
Əgər qanmadılarsa, biz buradayıq. Gələrik, qandırarıq!