Modern.az

Azərbaycanlı namizəd Rusiyada Duma seçkilərinə qatılacaq - FOTO

Azərbaycanlı namizəd Rusiyada Duma seçkilərinə qatılacaq - FOTO

19 Aprel 2016, 15:48

Əslən azərbaycanlı Əhmədağa Əhmədov Rusiya parlamentinə  - Dövlət Dumasına bu il keçiriləcək seçkilərdə namizədliyini irəli sürüb.

Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, deputatlığa namizəd olmaq üçün Əhmədağa Əhmədov üzvü olduğu Vahid Rusiya Partiyasının daha 5 namizədi ilə mayın 22-də keçiriləck partiyadaxili praymerizə qatılmalıdır.

Əgər praymerizdə o qalib gələrsə, onda Vahid Rusiya Partiyasının namizədi kimi Rusiya Dövlət Dumasına 18 sentybarda keçiriləcək seçkilərdə iştirak edəcək.

Mayın 22-dəki praymerizdə onun əsas rəqibləri Rusiya parlamentinin Komi respublikasından hazırki deputatı Vladimir Ponejevski və Komi Respublikası Dövlət Şurasının sədri Vladimir Kosov olacaq.

Əhmədağa Əhmədov 1991-ci ildən bəri Rusiyada yaşayır və ehtiyatda olan zabitdir. Hazırda o, iqtidardakı Vahid Rusiya Partiyasının regional siyasi şurasının üzvü və biznemsen kimi fəaliyyət göstərir


Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...