Modern.az

“TQDK-nın ləğvininin abituriyentlərlə heç bir əlaqəsi yoxdur”

“TQDK-nın ləğvininin abituriyentlərlə heç bir əlaqəsi yoxdur”

Təhsil

19 Aprel 2016, 16:11


“Tələbə Qəbulu üzrıə Dövlət Komissiyası və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın funksiyaları biri-birinə çox yaxındır. Amma bunların iki ayrı qurumda təmsil olunması xeyli artıq ştatların, maliyyə vəsaitinin sərf olunmasına şərait yaradır”.

 Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli Dövlət İmtahan Mərkəzinin yaradılmasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, ölkə üzrə imtahanların vahid sistem əsasında keçirilməsini təmin etmək baxımından qurumların birləşməsi mühüm əhəmiyyətə malikdir.

“Hesab edirəm ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birləşməsi Prezident Ilham Əliyevin Azərbaycanda indiki mərhələdə dövlət idarəetməsinin daha da təkmilləşdirilməsi istiqamətində apardığı islahatların konkret nəticəsidir.

Bu həmin sferada işlərin daha mütəşəkkil təşkilinə öz köməyini, təsirini göstərəcək. Bundan başqa tələbələr imtahanlarla bağlı maraqlandıran suallara da cavab verilib ki, qurumun ləğvininin abituriyentlərlə heç bir əlaqəsi yoxdur. İdarəetmə ilə bağlı sahədir ki, onlar bu məsələdən narahat qalmaya bilərlər. Hansı istiqamətlərdə hazırlaşıblarsa, həmin prinsiplər əsasında da imtahan verəcəklər. İmtahanla bağlı müəyyən olunmuş prisniplər öz yerində qalacaq”.

Aytən ZƏHRA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...