
“Tural Abbaslının nə təklif edib etmədiyi haqqında mən ilk dəfədir ki, sizdən eşidirəm. Bu barədə hansısa rəsmi və yaxud qeyri-rəsmi bu barədə heç bir məlumatım yoxdur. Onun üçün bu barədə mənim açıqlama verməyim düz olmaz”.
Bu barədə Modern.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri( YAP GB) Seymur Orucov bildirib.O, "Ağ blok"un həmtəsisçisi Tural Abbaslının yaradacaq Ağ Partiyanın təsis qurultayına YAP-ı da dəvət edəcəyi fikirlərinə münasibət bildirib:
“YAP-ın qurultaya dəvət olunacağı haqqında nəsə danışmağım nə etik normalara və nə də siyasi fəaliyyətlə düz gəlmir. Çünki dəqiq məlumatım yoxdur. Gələcəkdə bu məsələlər rəsmiləşsə yaxud nəsə bir addım olsa bununla bağlı açıqlama verərərik”.
Qeyd edək ki, Tural Abbaslı report.az-a açıqlamasında "bütün siyasi partiyaları, o cümlədən qurultaya dəvət etməyi düşünürük. Biz bütün partiyalarla normal münasibətlərin qurulmasının tərəfdarıyıq" deyə bildirib.
Ağa AKİFOĞLU