Türkiyə baş naziri Əhməd Davudoğlu ölkədə 2,7 milyon suriyalı qaçqının olduğunu deyib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Davudoğlu həmin qaçqınlara dəstək olmaq üçün ölkə rəhbərliyinin beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etdiyini bildirib.
Bununla yanaşı, Türkiyə hökumət rəhbəri Avropa Birliyindən türk vətəndaşları üçün viza rejimini iyul ayına qədər aradan götürməli olduğunu xatırladıb.
Vüqar İsmayılov