Modern.az

Türkiyə Rusiya ilə birgə hazırladığı 20 milyardlıq layihədən geri çəkilməyəcək

Türkiyə Rusiya ilə birgə hazırladığı 20 milyardlıq layihədən geri çəkilməyəcək

19 Aprel 2016, 16:31

Türkiyə “Akkaya” Atom Elektrik Stansiyasının tikintisindən vaz keçməyəcək.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ankarada kənd təsərrüfatı işçilərinin qarşısında çıxış edən prezident Rəcəb Tayyip Ərdoğan bu barədə danışıb.

“Akkaya Atom Elektrik Stansiyasının tikintisini dayandırmaqla bağlı açıq çağırış var. Kim buna çağırış edir? Avropa parlamentinin deputatları. Eyni vaxtda Avropada daimi əsasla 135 Atom Eletrik Stansiyası fəaliyyət göstərir.

Dünyada isə 444 AES fəaliyyətdədir, bu kimisə narahat edir? Kimsə tikilməkdə olan 62 AES haqda belə sözlər eşidib? Niyə bizim tikilməkdə olan AES-miz barədə belə düşünürlər?

Ümid edirəm ki, bu narahatlıq Türkiyənin energetik müstəqillik qazanacağına görə deyil”.  

Ərdoğan AES-in 2023-cü ildə Türkiyə rerspublikasının qurulmasının 100-cü il dönümündə hazır olacağını bəyan edib. Rusiyanın “Rosatom” şirkətinin inşa etdiyi stansiya 20 milyard dollar dəyərindədir və Mersin şəhərinin yaxınlığında yerləşcək.

Vüqar İsmayılov 

 
Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...