Modern.az

Azərbaycan neft hasilatını azaltsa nə baş verəcək?

Azərbaycan neft hasilatını azaltsa nə baş verəcək?

19 Aprel 2016, 16:59

“Hazırda Azərbaycanın gündəlik neft hasilatı 810 min bareldir. Amma 2016-cı ilin sonunadək hasilatın azaldılması baş verəcək. Çünki, Azərbaycan 2016-cı ilin yanvar ayında hasilatın dondurulması ilə bağlı təşəbbüsü dəstəkləyir”.

Bu haqda Modern.az saytına Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib. O deyib ki, məqsəd neftin qiymətinin ədalətli çərçivəyə daxil olmasına töhfə verməkdir: “Azərbaycan dünya bazarında neftin qiymətinə öz hasilatı ilə təsir edəcək iqtidarda deyil. Ancaq ölkəmiz bu təşəbbüsə qoşulmaqla neftin bu qiymətləri ilə razılaşmadığını bildirir.

Ədalətli çərçivə neftin qiymətinin 50-60 dollar olmasıdır. Bir sözlə, Azərbaycan neft hasilatçısı və  ixracatçısı kimi qeyri-OPEK ölkələri kimi neftin qiymətinin artırılmasında maraqlı olduğunu bildirir”.

İ.Şaban deyib ki, hasilatın azaldılmasının iqtisadiyyata təsirləri əvvəlcədən nəzərə alınıb:

“Hələ ötən il 2016-cı ilin büdcə layihəsi təsdiq olunarkən planlaşdırmışdı ki, neft hasilatı 1 milyon ton azaldılsın.

Yəni, 2015-ci ildə 41,7 milyon ton neft hasil edilmişdisə, cari il üçün proqnoz 40, 7 milyon tondur.

Amma bu, Azərbaycanın hasilatı dondurması nəticəsində əldə ediləcək göstərici deyil.

Hasilatın həcmi hazırkı şəraitdə Dövlət Neft Şirkəti və BP Azərbaycan şirkətlərinin real hasilat göstəriciləri əsasında əldə ediləcək son nəticə etibarilə ortaya çıxacaq rəqəm vasitəsilə əldə olunacaq.

1milyon ton neft 7, 4 milyon barel deməkdir. 7,4 milyon barel hasilatın azalması təbii ki, gəlirlərimizin də azalması deməkdir. Amma biz bunu birdən-birə qərara almadıq, əvvəlcədən proqnozlaşdırmışdıq”.

Gülşən RAUFQIZI

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...