Dünən Ali Məhkəmənin qərarı ilə Azərbaycandan çıxışına icazə verilən Leyla Yunus və Arif Yunus artıq Avropadadırlar.
Modern.az xəbər verir ki, Arif Yunusun qardaşı Ramiz Yunusun Facebook-da bildirdiyinə görə, Leyla və Arif Yunuslar hazırda Hollandiyadadır.
Ramiz Yunus bildirib ki, onlar qızları Dinara ilə görüşüblər. Ramiz Yunus artıq ailəninin bir araya gəldiyini qeyd edərək, Yunusların ilk fotosunu paylaşıb.
