Modern.az

Pinoçetdən sonrakı prezident öldü

 Pinoçetdən sonrakı prezident öldü

Təhsil

19 Aprel 2016, 20:29

 

Çilidə 1990-1994-cü illərdə prezident olan Ptrisio Eylvin 98 yaşında vəfat edib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda siyasətçinin qohumları məlumat veriblər.  

Eylvinin ölümü ilə bağlı Çili hökuməti 3 günlük matəm elan edib.

“Biz necə lazımdırsa dövlət dəfn mərasimi keçirəcəyik. Bu gündən ölkədə 3 günlük matəmdir”, - respublikanın prezidenti Mişel Bçelet bəyan edib.

Eyvlin 1918-ci il noyabrın 26-da Çilinin Vinya-del-Mar şəhərində doğulub. Onun 1990-cı il prezident seçkilərindəki qələbəsi 1973-cü ildə hərbi çevriliş yolu ilə hakimiyyətə gələn Auqusto Pinoçetdən sonra Çiliyə demokratiyanın qayıdışı kimi dəyərləndirilir.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...