Modern.az

Rusiyadakı kiçik Azərbaycan

 Rusiyadakı kiçik Azərbaycan

19 Aprel 2016, 20:44


Uralın Maxnevo qəsəbəsində rus oğlanı öldürdüyünü etiraf edən azərbaycanlı “cinayətin ağır olmaması” səbəbindən azadlığa buraxılıb. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, sakinlər həmin şəxsin ölkədən qaçdığına əmindirlər. İnsanlar əslən Zaqafqaziyadan olanların törətdikləri digər cinayətləri sadalayırlar: qətl, ölümcül yol-nəqliyyat hadisələri, yerli məktəblilərin yoldan çıxarılması. Buranı “kiçik Azərbaycan” da adlandırırlar.

Məlumatda qeyd edilir ki, 29 yaşlı qəsəbə sakini Denis Jeleznov aprelin 2-də gecə öldürülüb, ancaq hüquq-mühafizə orqanlıarı bir neçə gün həmin informasiyanı gizlədiblər. “URA.Ru” bu hadisə haqda özəl mənbələrindən məlumat alıb.

İstintaq komitəsinin yaydığı press-relizdə qeyd edilib ki, istintaqın məlumatına görə, ölən və şübhəli bilinən barda görüşüblər, oradan birgə Jeleznovun evinə gediblər.

“Zərərçəkənlə şübhəli arasında mübahisə düşüb, nəticədə Denisin boyun nahiyəsinə bıçaqla xəsarət yetirib”, - məlumatda qeyd edilir.

Şübhəli şəxs hərəkətinin özünümüdafiə xarakterli olduğunu deyib. O, bundan evin qapısını bağlaraq yandırıb.

KİV-dəki məlumatda belə bir informasiya da gedib ki, ölənin zorlandığı da mümkündür, çünki evə ilk girənlər öldürülən şəxsin əynindəki şalvarın aşağı salındığının şahidi olublar. Doğrudur, istintaq bu versiyanı təkzib edir, kriminalist-ekspert də zorakılıq əlaməti aşkar etməyib.

Sonradan verilən məlumata görə, rus oğlanı öldürən Şamxal Hacıyev Maxnevodakı ən varlı azərbaycanlı, “Vahid Rusiya”nın və yerli Dumanın sədrinin müavini Səxavət Alışovun qohumudur. Rusiya Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə cinayət işi qaldırılandan sonra polislər Hacıyevi axtarmağa başlayıblar, o, digər istintaq hərəkəti ilə də bağlı dindirilmək üçün saxlanılıb. Ancaq sonradan başqa yerə getməmək şərtilə buraxılıb, müstəntiq həbsi ilə bağlı məhkəmə qarşısında iddia da qaldırmayıb.

Şamxal Hacıyevin harada olduğu isə hazırda bilinmir. Bu haqda nə polis, nə prokurorluq, nə də müstəntiq heç bir məlumat vermir. Qəsəbə sakinləri isə onun, hətta Azərbaycana getdiyinə əmindirlər.  

 “Bağdadda sakitlikdir”


Maxnevonu əbəs yerə kiçik Azərbaycan adlandırmırlar – diaspora burada çoxdan yaşayır və yaxşı kök salıb. 2010-cu ildə qəsəbədə 217 azərbaycanlı qeydiyyatdan keçib, hazırda 117 nəfər qeydiyyatdadır. Burada yaşayan azərbaycanlıların real sayı isə 100-dən azdır.

Qəsəbə administrasiyasından bildirildiyinə görə, ailələrin bir hissəsi vətənlərinə qayıdıb. Kim burada 20 il və daha çox yaşayırsa, artıq uşaqları, hətta nəvələri böyüyür. Yaşlıların demək olar hamısı Rusiya vətəndaşıdır, uşaqlar isə doğulanda avtomatik bu vətəndaşlığı alırlar.

Maxnevski rayonunda 3 iri ağac tədarükçüsü var – Maxnevo qəsəbəsindəki Alışov klanınındır, qonşu Muqay kəndindəki Cabbarov klanının, Fominski kəndindəki isə Sergey Krayuxindir.

Onların içərisində ən böyüyü və varlısı Səxavət Alışovdur.

Jurnalistlər Səxavətlə kabinetindən çıxanda rastlaşıblar, o, söhbət etməyə razılaşıb.

Onun sözlərinə görə, Maxnevoya hələ SSRİ dövründə gəlib.

“27 ildir Rusiyaya xidmət edirəm”, - Səxavət qürurla deyib.

Gənc yaşlarından meşə materialları tədarükçücüsüdür, Alışov həqiqətən meşə biznesindən yaxşı baş çıxarır.

Alışov bundan əlavə, yerli Dumanın deputatıdır. Birinci dəfə 2011-ci ildə seçilib.

“Mən o vaxt namizədliyimi müstəqil irəli sürmüşdüm, indi “Vahid Rusiya”nın üzvü kimi deputatam”, - Səxavət deyir.

Maxnevski Dumasındakı 10 nəfərdən ikisi azərbaycanlıdır, Alışov sədr müavinidir. Səxavət deputat işi ilə qürur duyur.

“Məni çoxları tanıyır, çoxları mənə müraciət edir, biz də kömək edirik”, - o, deyir.

Bununla belə, Hacıyevin qohumu olmadığını bildirir: “Azərbaycanda 9 milyondan çıx əhali var, mən onların hamısına görə cavab verməli deyiləm”, - biznesmen-deputat vurğulayır.

Sonra əlavə edir ki, həmin hadisə baş verəndə Yekatirinburqda olub: “Ürək ağırıdıcı hadisədir, gənc oğlan ölüb”.

- Siz öləni nəzərdə tutursunuz?

- Bəli, Denisi, neçə ildir tanıyırdım, çox yaxşı oğlan idi. Şamxala gəldikdə, ümumiyyətlə tanımıram. Deyilənə görə, əvvəllər Serovda yaşayıb, bura sonradan gəlib, taksi işlədirdi, mənzilləri təmir edirdi. Sonradan danışmağa başladılar ki, mən guya bütün prokurorlara pul verməyə getmişəm. Mən hansısa cinayətkarı nəyə görə müdafiə etməliyəm? Ümumiyyətlə, absurddur. Kimliyindən asılı olmayaraq, əgər cinayətkardırsa, cəzasını almalıdır, heç yerə yayına bilməz. Mənim qohum olmağıma gəldikdə, yüz faiz əmin edə bilərəm ki, onunla heç bir münasibətim olmayıb. Bu, sadəcə piardır, hakimiyyəti çökdürmək istəyən kimlərəsə lazımdır. Burada elə adamlar vardı ki, Dumaya düşüb rəhbər işləyə bilməyiblər, təcrid olunublar. Bu şayiələri onlar bilərəkdən yayırlar.  

 Modern.az

 
Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...