Modern.az

Sabah bu ərazilərdə qaz olmayacaq

 Sabah bu ərazilərdə qaz olmayacaq

20 Aprel 2016, 00:17

Bakı Regional qaz istismarı Departamentinin xidmət əraziləri üzrə orta təzyiqli qaz kəmərlərində, eləcə də daxili qaz təchizatı şəbəkəsində təmir işləri ilə əlaqədar, bu gün  saat 09:00-dan işlər yekunlaşanadək paytaxtın bəzi ərazilərinə təbii qaz verilişində fasilələr olacaq. Modern.az saytı “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, məhdudiyyət Sabunçu rayonunun Bakıxanov və Balaxanı qəsəbələrində tətbiq ediləcək. Həmçinin, Xəzər rayonunun Şüvəlan qəsəbəsində, Xətai rayonunun M.Hadi, S.Ə.Şirvani, Sarayevo, Q.Nəbi, M.Rüstəm, Cavanşir, Sadıqcan, Mehmandarov, Şıxlınski küçələrində. Gəncə prospekti və Zığ yolu ətrafında, Abşeron rayonunun Mexkalon yaşayış massivi, Xırdalan şəhərinin bir hissəsi, kənd Xırdalan, Ş.Əfəndizadə küçəsi, Bakı-Şamaxı yolunun sağ hissəsi həmçinin Masazır kəndinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Modern.az



Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...