
Türkmənistan sahillərində daha bir neftçinin meyitinin tapıldığı ehtimal edilir. Bu haqda Modern.az saytına Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oktay Bayramov məlumat verib.
O qeyd edib ki, Azərbaycanın Türkmənistandakı Səfirliyindən verilmiş məlumata əsasən, 18 aprel 2016-cı il tarixində Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin, ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir:“Bununla əlaqədar, Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb”.
Gülşən RAUFQIZI