Modern.az

Prezident Talışda qəhrəmanlıq göstərən Asif Rəsulova medal verdi

Prezident Talışda qəhrəmanlıq göstərən Asif Rəsulova medal verdi

20 Aprel 2016, 10:43

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri adlara layiq görülüb, orden və medallarla təltif olunub.

Aprelin 2-nə keçən gecə düşmən əlində olan starteji əhəmiyyətli Talış yüksəkliyinin geri alınmasında qəhrəmancasına döyüşən və ağır yaralanan Asif Novruz oğlu Rəsulov Prezident İlham Əliyevin təltif etdiyi qəhərmanlar içərisindədir.

Bu haqda Modern.az saytına onun yaxın qohumu Bəxtiyar Nuruşov məlumat verib.

O, qeyd edib ki, Asi Rəsulov xidmətdə fərqləndiyinə görə medalla təltif edilib.

Qeyd edək ki, A.Rəsulov hazırda Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunur.  Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşən Asif 7 erməni əsgərini məhv edib:

1977-ci il təvəllüdlü A.Rəsulov Ağstafa rayonunda doğulub. Ailəlidir, 3 və 5-ci siniflərdə oxuyan 2 oğlu var.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...