
Əlimusa İbrahimov,
Siyasi Elmlər üzrə Fəlsəfə Doktoru
Qeyd etmək yerinə düşərdi ki, Səudiyyə Ərəbistanı-ABŞ münasibətlərinin tarixi 1933-cü ilə gedib çıxır. Bu müddət ərzində ikitərəfli münasibətləri zaman-zaman müxtəlif səciyyələr daşıyıb; Regionda baş verən proseslərə münasibətə uyğun olaraq gah zəifləyib gah da yüksəlib.
İki ölkə arasındakı dostluq münasibətləri zamanın sınağından keçərək “ Xüsusi Münasibətlər” səviyyəsinədək yüksələ bilib.
Bu xüsusi münasibətlərin bünövrəsi Səudiyyə Ərəbistanı Krallığının banisi Kral Əbdül Əziz ilə ABŞ-ın Prezidenti Franklin D. Ruzvelt arasında 1945-ci ilin fevral ayında Amerikanın hərbi gəmisində keçirilən görüş zamanı qoyulmuşdur.
Körfəz müharibəsi zamanı ABŞ-ın president Corc Buşun Küveyti İraq işğalından azad etmək üçün gördüyü tədbirlər iki dövlət arasında münasibətləri yeni səviyyəyə qaldırdı. Münasibətlər pik həddinə Corc Buşun hakimiyyəti dövrünə -2002, 2005 və 2008-ci illərə təsadüf edir. 2008-ci ildə ABŞ prezidenti bir ildə iki dəfə bir xarici ölkəyə səfər edirdi. Bu əvvəllər görünməmiş hadisə idi. Ötən il Kral Salmanın Obamanın dəvəti ilə ABŞ-a səfəri də münasibətlərin inkişafına önəmli töhfə vermişdi.
İkitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin qarşısını alan regional və qlobal məsələlıər də yetərincədir. İranın nüvə problem ilə əlaqədar baxışlarda müxtəliflik, Suriyada gedən vətəndaş müharibəsinin meydana çıxardığı narazılıqlar, Yəməndə hadisələrə İranın təsiri belə məsələlərdəndir. Bir neçə il bundan əvvəl Amerika qoşunlarinın İraqdan çıxarılması ilə nəticələnən boşluğun İran tərəfində doldurulması da münasibətlərin soyuması ilə nəticələnmışdi.
Göründüyü kimi müzakirə ediləsi məsələlər yetərincədir və bu məsələlər ABŞ və Səudiyyə Ərəbistanı əlaqələrini təhlükəli həddə gətirib çatdırmışdır. Hətta iş o yerə çatmışdır ki, əsəblərinə hakim ola bilməyən Səudiyyə ərəbistanının Xarici İşlər Naziri Adel Əl-Cubeyr Amerika iqtisadiyyatına qoyulmuş 1 trilyona yaxın vəsiti geri çəkməklə hədələmişdi. Təbii ki, hadisələrin bu istiqamətdə inkişafı və əlaqələrin daha da pisləşməsini gözləmək olmazdı , əks halda hər iki dövlət əziyyət çəkəcəkdi.
Diqqətəlayiqdir ki, ABŞ prezidentini bu səfərdə Müdafiə Məsələləri üzrə Dövlət Katibi Aşton Karter ( Ashton Carter) müşayiət edir. Bu fakt aparılacaq danışıqlar zamanı hərbi məsələlərə üstünlük veriləcəyinə işarədir. Politoloqlar Səudiyyə Ərəbistanında keçiriləcək görüşlərdə müzakirə olunacaq iqtisadi məsələlərdən neftin qiyməti ilə bağlı məsələnin önə çıxacağını vurğulayırlar. Bu məsələ öz əhəmiyyətinə görə heç də geri qalmır. Prezident Obama Səudiyyə Ərəbistanı Kralı və Körfəz ölkələri rəhbərlərini inandırmalıdır ki, İranl Birgə Fəaliyyət Planını imzalamaq heç də İran-Amerika münasibətlərinin inkişaf etdirilməsi anlamına
gəlmir və İran ABŞ-la əlaqələrinə görə Səudiyyə Ərəbistanı ilə yarışa bilməz. Baxmayaraq ki, Obama bir neçə dəfə elan etmişdi ki, İranla münasibətlər nüvə sazişindən başqa sahələri əhatə etməyəcək. “Mən heç vaxt düşünməmişəm ki, biz İrana görə ənənvi dostlarımızı kənara atmalıyıq.”İstənilən hald körfəz və region ölkələrinin diqqəti indi Səudiyyə Ərəbistanına yönəlib. Oradan çıxan qərarlar müsəlman ölkələrinin iztirablarına yüngüllük gətirmək ümidi ilə.