Modern.az

İşə velosipedlə gedən mer yıxıldı

İşə velosipedlə gedən mer yıxıldı

Təhsil

21 Aprel 2016, 13:46

Kiyevin meri Vitali Kliçko işə velosipedlə gedərkən sükan arxasından yerə düşüb. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, Kliçkonu mühafizə müşayiət edib, ancaq Kiyev yollarının vəziyyəti ikitəkərli nəqliyyatla hərəkət üçün sərfəli deyil.

Məlumatda qeyd edilir ki, keçmiş boksçu velosipedi səkiyə çıxarmağa cəhd edərkən yıxılıb. Şahidlərin sözlərinə görə, şəhər rəhbərinə yaxınlıqdan keçənlər kömək etməyə cəhd ediblər, ancaq o özü qalxıb, üst-başını silkələyib, velosipedə oturaraq mer binasına doğru hərəkətini davam etdirib.

Kliçko işə velosipedlə getmək haqda aprelin 19-da qərar verib. “Bütün avtomobil sürücüləri özlərini yollarda velosipedçilərə qarşı nəzakətli aparmırlar, Bu səbəbdən operativ izahat işi aparmaq lazımdır”, - mer qeyd edib.

Kiyev jurnalistlərinin məlumatına görə, Kliçko Kiyevdə dəyəri 4,5 min avro olan Gocycle velosipedində gəzir.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...