Modern.az

“Prezidentə müraciətimi oxumadan əks tərəfə yozurlar” - AÇIQLAMA

“Prezidentə müraciətimi oxumadan əks tərəfə yozurlar” - AÇIQLAMA

21 Aprel 2016, 15:11

Yazıçı Əkrəm Əylisli vəkili Elçin Sadıqov ilə birgə bu gün Hava Nəqliyyatında Polis İdarəsinin istintaq şöbəsində olub. Vəkil mətbuata deyib ki, Əkrəm Əylisliyə qarşı Cinayət Məcəlləsinin 221.1-ci maddəsilə qaldırılmış cinayət işi 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edilib”.

Həmin maddədə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Cinayət Məcəlləsinin 315.1-ci maddəsilə istintaq aidiyyəti prokurorluq orqanı olduğundan, cinayət işi istintaqın davam etdirilməsi üçün Bakı şəhər prokurorluğuna göndərilib.

Məsələ ilə bağlı Əkrəm Əylisli Modern.az saytına açıqlama verib. Yazıçı bildirib ki, onun barəsində açılan cinayət işinin başqa maddəyə dəyişdirilməsi prezidentə müraciətindən sonra olub.

“Mənim həbsimin gündəmə gəlməsi prezidentə müraciətimdən sonra oldu. Söhbət ondan gedir ki, təkcə yazıçının yox, hər bir Azərbaycan vətəndaşının haqqıdır ki, prezidentə, dövlət başçısına müraciət etsin”.

Əkrəm Əylisli deyib ki, bəziləri onun ölkə başçısına müraciətini təhrif edirlər.

“Mənə qarşı şər-böhtan üslubunda nə gəldi deyirlər. Onların çoxu mənim prezidentə müraciətimi oxumayıblar. Mən orda başqa şey deyirəm, bəziləri isə bunu tamam əks tərəfə yozurlar. Özlərindən gülünc nəticə çıxardırlar”.

Aqşin Kərimov

Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...