Modern.az

Qazaxıstanlı biznesmenlər Yerevana gəlməkdən imtina etdilər

Qazaxıstanlı biznesmenlər Yerevana gəlməkdən imtina etdilər

21 Aprel 2016, 16:47

Qazaxıstanın biznes nümayəndələri Yerevanda keçiriləcək “Invest Armenia-2016” forumuna getməkdən imtina ediblər. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, bu haqda jurnalistlərə ölkənin sənayeçilər və iş adamları ittifaqının sədri Arsen Kazaryan məlumat verib.

“Təəssüf ki, Qazaxıstandan böyük nümayəndə heyəti gəlməyəcək. Nə demək olar ki, onlar totalitar ölkənin vətəndaşlarıdır, yarım sözlü əmr kifayətdir ki, gəlməsinlər. Onlar imtinanın səbəbini özlərinin şəxsi yox, regional təhlükəsizliklə əlaqələndiriblər. Bu onların işidir”, - Kazaryan deyib.

“Invest Armenia -2016” forumu aprelin 22-də Yerevanda keçiriləcək.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...