Modern.az

Yerevandakı avtobusu partladan şəxsin kimliyi müəyyən olunub

Yerevandakı avtobusu partladan şəxsin kimliyi müəyyən olunub

26 Aprel 2016, 15:32

Ötən axşam Yerevanda sərnişin avtobusunu partladan şəxsin kimliyi müəyyən olunub.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə İstinatq Komitəsinin mətbuat xidməti rəhbəri Sona Truzyan məlumat verib.

Məlumata görə, hadisəni 2 dəfə məhkum olunmuş adı açıqlanmayan şəxs törədib.

Valideynləri ilə gərgin münasibətlərdə olan həmin şəxsin evindən trotil və detonatorlar aşkar olunub.

Ötən axşam 63 nömərli avtobusun partladılması zamanı 2 nəfər həlak olmuş, 8 nəfər isə yaralanmışdı.

Vüqar İsmayılov

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...