Afrikanın Kabo-Verde dövlətində kütləvi qətliam törədilib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, əsgərlərdən biri əlindəki silahla 11 nəfəri öldürərək qaçıb.
Onun 8 əsgər yoldaşını və 3 mülki şəxsi qətlə yetirdiyi deyilir.
Kabo-Verde prezidenti Xorxe Karlos Fonseka şübhəli şəxsin axtarışının sürətlə davam etdirildiyini bildirib.
Ölənlər arasında 2 ispaniyalının olduğu bildirilir.
Hazırda paytaxt Prtaya şəhərində komendant rejimi tətbiq olunub.

Vüqar İsmayılov