Türkiyənin Bursa şəhərində baş verən partlayış nəticəsində xəsarət alanların sayı 13-ə çatıb. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu bildirib.
Bildirilir ki, məscid qarşısındakı dükanların şüşələri qırılıb, mallar ətrafa dağılıb. Hadisə yerinə çox sayda polis, təcili yardım və xilasetmə qüvvələri cəlb edilib.
Xəstəxanalara 13 nəfərin çatdırıldığını bildirən nazir qeyd edib ki, yaralıların həyatlarına təhlükə yoxdur.
Modern.az