Modern.az

Ağdamdan açıqlama GƏLDİ

Ağdamdan açıqlama GƏLDİ

28 Aprel 2016, 11:25

“Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Ağdam rayonunun bir sakini dünyasını dəyişib, daha 8 nəfər isə yaralanıb. Dünyasını dəyişən Qarabağ qazisi 1966-cı il təvəllüdlü Famil Mustafayevdir”.

Bu haqda Modern.az saytına Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib. O qeyd edib ki, yaralılardan 2 nəfərin vəziyyəti ağırdır:

“Yaralılar 1943, 1955, 1962, 1963, 1965, 1975, 1978, 1985 təvəllüdlü şəxslərdir, ikisinin vəziyyəti ağırdır”. R.Məmmədov deyib ki, rayonda mühafizə qrupları yaradılıb:

“Bundan başqa kəndlərin mühafizəsi üçün qruplar yaradılıb.

Qruplar əhali arasında panika yaradılmasının qarşısının alınması üçündür. Bildiyiniz kimi, düşmən yalnız gecələr hücuma keçir. Həmin vaxt qadınlar, uşaqlar nisbətən sakit yerə aparılır, kişilərin heç biri rayondan çıxmır. Hazırda vəziyyət tam sakitlikdir”.  

Gülşən RAUFQIZI

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...