
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu öz işini uğurla başa çatdırdı. “İnkluziv cəmiyyətlərdə birgə yaşama: çağrış və məqsəd” devizi altında keçrilən Forumda BMT-yə üzv olan dövlətlərin dövlət və hökümət başçıları, siyasi xadimlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayyəndələri, özəl sektor, incəsənət, mediya, akademiya təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla 147 ölkədən ümumilikdə 4.0 mindən çox qonaq iştirak etmişdir. Forumun 2016-cı ildə Azərbaycan Respublikasının paytaxtında keçrilməsi ilə bağlı qərar 2014-cü ilin sentyabrın 26-da BMT-nin Baş Assambleyasının 69-cu sesiyasında qəbul edilmişdir. AR Prezidentinin 2015-ci ilin 24 iyul tarixli sərəncamı ilə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixdə Bakıda keçrilməsi ilə bağlı Mədəniyyət Naziri Əbülfəz Qarayevin sədirliyi ilə təşkilat komitəsi yaradılmışdır. Təşkilat komitəsinin yüksək işgüzarlığı və təşkilatçılığı sayəsində Forumun işi çox yüksək səviyyədə təşkil olunmuşdur.
Prezident İlham Əliyev cənabları Forumun açılış mərasimindəki çıxışında qeyd etmişdir ki, “Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçrilməsi fəaliyyətimizin etirafının və mədəniyyətlərarası dialoq, multikulturalizm dəyərlərinin irəlləməsinin əlamətidir”.
Son illər Azərbaycan sürətli sosial-iqtisadi inkişafı ilə yanaşı həm də dünyanın müxtəlif beynəlxalq tədbirlərin (siyasi, iqtisadi, idman və s) həyata keçirildiyi mərkəzlərdən birinə çevrilmişdir. Azərbaycan həm coğrafi həm də mədəniyyət nöqteyi nəzərdən şərq və qərb sivilizasiyalarının birləşdiyi məkandır. Əsrlər boyu bu məkan müxtəlif dinlərin və mədəniyyətlərin birgə yaşadığı bir məkan olmuşdur.
Qlobal Bakı Forumu beynəlxalq münasibətlər sistemində mövcud olan ən aktual problemlərin müzakirəsi baxımından böyük əhəmiyyətə malikdir. Bakı Forumunda dünyanın tanınmış siyasətçilərinin iştirakı Foruma verilən yüksək qiymətin nəticəsidir. Dövlət və hökümət başçılarının və nümayyəndələrinin, dünyanın aparıcı mediya qurumları tərəfindən forumun işinin işıqlandırılması Qlobal Bakı Forumunun nə qədər önəmli bir tədbir olduğunu subut etdi. Azərbaycan bu Foruma ev sahibliyi etməklə həm dünyanın siyasi mərkəzinə çevrildi, həm də ölkəmizin, azərbaycan xalqının dünyaya daha yaxından tanıdılması ilə bağlı öz məqsədinə nail oldu.
Forumada çıxış edən Prezident İlham Əliyev cənabları Azərbaycan- Ermənistan və Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bir daha bəyan etdi ki, “Azərbaycanın ərazi bütövlüyü təmin olunmaya qədər, yəni BMT-nin Təhlükəsizlik Şurasının bu münaqişəyə dair qəbul etdiyi qətnamələr öz həllini tapmayana qədər regionda istədiyimiz sülhə nail ola bilməyəcəyik. Regionda sülhə nail olmaq istəyiriksə, ilk olaraq Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı və bir milyon qaçqın və məcburi köçkün öz tarixi torpaqlarına qayıtmalıdırlar”.
Forum çərçivəsində keçrilən “Sosial inteqrasiya sahəsində qabaqcıl metodlar” mövzusunda plenar iclasda çıxış edən Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bildirib ki, Azərbaycanın ən mühüm naliyyətlərindən biri cəmiyyətdə yüksək sosial tolerantlığın olmasıdır. O öz çıxışında müstəqillik dövründə Azərbaycanda sosial sahələrdə əldə olunan naliyyətlərdən o cümlədən Heydər Əliyev Fondu tərəfindən həyata keçrilən layihələr barəsində ətraflı məlumat vermişdir. O Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə toxunaraq bildirmişdir ki, işğal nəticəsində 900 yaşayış məntəqəsi, 603 məktəb, 975 uşağ bağçası, 695 xəstəxana və yüzlərlə digər sosial obyektlər dağıdılmışdır.
Forumun Bakıda keçrilməsi göstərdi ki, Azərbaycan tolerantlığın məkanı kimi multikultural ənənələrə sadiq, mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanılması və sivilizasiyalar arasında qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönəlmiş mühüm layihələrin, mötəbər forumların təşkili sahəsində geniş təcrübəyə malik bir ölkəyə çevrilmişdir.
Forumun yüksək səviyyədə keçrilməsi Azərbaycan dövlətinin, beynəlxalq nüfuzunun daha da artırılmasında, Azərbaycan xalqının tarixi-mədəni irsinin geniş miqyasda tanınmasında böyük rol oynamışdır. Bakı bu günlər ərzində sivilizasiyalar arasında dialoqun möhkəmləndirilməsi, xalqlar və dövlətlər arasında dostluq, əməkdaşlıq və davamlı inkişafın təsviqi, milli, dini və irqi ayrı-seçkiliyi, dünyada sülh və təhlükəsizliyi təhdiq edən neqativ halların aradan qaldırılması habelə ümumibəşəri əhəmiyyət kəsb edən aktual məsələlərin müazkirə olunduğu, mühüm dünyəvi problemlərin həllinə dəstək məqsədi daşayan qlobal platformaya çevrilmişdir. Forum çərçivəsində ekstermizmə və terrora qarşı mübarizə, münaqişə zonalarında sülhün bərqərar edilməsi, qlobal miqrasiya, qlobal vətəndaşlıq, nifrətin yayaılmaması, təhsil, din, idman, cəmiyyətdə gənclərin rolu, inkluziv cəmiyyətlərin qurulması, multikulturalizm və s məsələlər müzakirə olunmuşdur.
Azərbaycan artıq bir neçə ildir ki, ardıcıl olaraq qlobal və regional səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi edir, bütün dünyanın diqqət mərkəzində olan məsələlərin müzakirə olunduğu mərkəz kimi tanınır.
Bütün bu naliyyətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının düşünülmüş, müdrik siyasəti nəticəsində Azərbaycan sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi yüksək göstəricilər sayəsində əldə olunmuşdur.
İnanırıq ki, Azərbaycan bundan sonra da bu inkişaf yolunu davam etdirəcək və həmişə mühüm Beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi dünyada öz mövqeyini qoruyub saxlayacaqdır.
Rauf Əliyev,
Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin
sədr müavini