Türkiyənin Mardin şəhərinin Nusaybin bölgəsində zirehli polis maşınına raket hücumu nəticəsində 2 polis və 1 əsgər yaralanıb.
Modern.az-ın Türkiyə KİV-nə istinadən məlumatına görə, səhər saatlarında başlayan əməliyyatda güvənlik gücləri ilə terroristlər arasında atışma olub. Atışmada zabit olduğu bilinən bir hərbçi terroristlərin açdığı atəş nəticəsində ağır yaralanıb. Təcili yardımla xəstəxanaya aparılan hərbçi müdaxilələrə baxmayaraq şəhid olub.
Qafar Ağayev