
Müğənni Ebru Gündeşin qardaşı oğlu olan Çağrı Kumartaşlıoğlu “Na Na Na” adlı mahnısı ilə musiqi dünyasına daxil olub. Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, Ebru Gündeş kimi müğənni olmaq üçün hərəkətə keçən Çağrı Kumartaşlıoğlu Gündeşdən fərqli olaraq türkcə arabesk tərzli mahnıyla yox, xarici R&b tərzli musiqi ilə adından söz etdirmək istəyir.
Çağrının klipini İnstagram-dan paylaşan Gündeş, “Xeyirli olsun mənə. Allah yolunu açıq etsin” mesajı ilə qardaşı oğluna dəstək verib.
Gündeşin paylaşımından sonra Çağrının “Youtube-da yayımlanan klipini izləyənlər onu təbrik edərək, mahnı ifa tərzini təqdir ediblər.
Modern.az